價格:免費
更新日期:2015-02-11
檔案大小:698k
目前版本:1.0
版本需求:Android 1.6 以上版本
官方網站:http://www.ehlibeyt-aka.com
Email:v.vusal@gmail.com
聯絡地址:İnfo@ehlibeyt.info v.vusal@gmail.com
Ön söz
İnsan yer üzünə qədəm qoyub təklif sahibi olandan (yəni, həddi-buluğa çataraq şəriət məsələləri boynuna vəzifə gələndən – red.), ta ömrünün sonuna qədər daima fəaliyyətdədir. Bu fəaliyyət iki qanun üzərində qurulur. Bunlardan biri təkvini, ikincisi isə təşrii qanun adlanır. Təkvini qanunda insanlar məsumdurlar. Onlar bu qanunu poza bilmirlər. İstəklərindən asılı olmayaraq ona əməl edib o qanunun hakimiyyətinə boyun əyirlər.
İkinci qanun ki, təşrii (şəriət) qanunlardır, insan burada ixtiyar sahibidir. O qanuna əməl etmək, insana bəzən vacib formada, bəzi hallarda isə məsləhət formasında buyurulub. Başqa sözlə desək şəriət qanunlarının bəzilərinə insanın əməl etməsi vacibdir, bəzilərinə isə əməl etsə yaxşıdır, əməl etməsə cəzası yoxdur.